Bakı.Trend:
Avqustun 11-də polis əməkdaşlarıtərəfindən paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 6 qumbara, 4alışdırıcı, 17 tüfəng, 1 patron darağı və 64 ədəd müxtəlif çaplıpatron aşkar edilərək götürülüb
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.