AZ

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

2025-ci ilin yanvar-iyulunda Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 274 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

İndiyədək ölkə ərazisində 105.885 ədəd yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb.

Azərbaycanda vergi ödəyiciləri 2024-cü il yanvarın 1-nə 95,741 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırıb. Keçən ili noyabrında  798 ədədə qarşı dekabrda kassa aparatlarının sayı 923 ədəd olub.

2022-ci ildə kassa aparatlarının  dövriyyəsi 19,5 milyard manat  təşkil edib ki bu da 2021-ci ilin göstəricisindən 26,6% çoxdur. 

Aytac

Seçilən
67
anews.az

1Mənbələr