AZ

ABŞ-a düşən meteorit Yerdən 20 milyon il qoca imiş

ABŞ-ın Corciya ştatında bir evin damına düşən meteoritin Yerdən təxminən 20 milyon il daha yaşlı olduğu müəyyən edilib...

Poliqon xəbər verir ki, iyunun 26-da bir meteorit gündüz vaxtı səmada parlaq şəkildə süzülərək Henri qraflığında, MakDonouq şəhərindəki bir evə çırpılıb.

Corciya Universitetinin tədqiqatçıları damdan götürülmüş fraqmenti təhlil edərək, meteoritin 4,56 milyard il əvvəl əmələ gəldiyini müəyyən ediblər. Bu o deməkdir ki, meteorit Yer əmələ gəlməzdən təxminən 20 milyon il əvvəl əmələ gəlib.

Təhlil göstərib ki, qaya daşlı meteoritlərin ən çox yayılmış növü olan xondrit adlanan daşlı meteorit növünə aiddir.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr