AZ

Yardımlının mineral ehtiyatlı suyu - Min bir dərdə dəvadır

YARDIMLI, 12 avqust. TELEQRAF

Yardımlı rayonunun yaşıl meşə zolağı ilə əhatələnmiş Peştəsər kəndində yerləşən bulaq, tərkibinə görə yerli əhali arasında "Qazlı bulaq" adı ilə tanınır.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, yerdən təbii şəkildə çıxan suyun mineral tərkibinin zəngin olduğu bildirilir.

Bu səbəbdən müxtəlif kəndlərdən gələn insanlar burada istirahət etməklə yanaşı, bulağın suyunu özləri ilə aparmağa da üstünlük verirlər.

Bulağın ətrafı daşlarla hörülərək, su quyusu formasında inşa edilib. "Qazlı bulaq"ın suyu günün bütün saatlarında fasiləsiz axır.

Mütəxəssislərin sözlərinə görə, bu tip bulaqlar karbon dioksid qazı ilə zəngin olduğundan yerin altından asanlıqla üzə çıxır.

Bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Bildirilib ki, bu cür təbii mineral sular mədə turşuluğunu tənzimləməyə və həzmi yaxşılaşdırmağa kömək edir.

Seçilən
78
teleqraf.com

1Mənbələr