AZ

Həmin görüşə görə hava məkanının bağlanması planlaşdırılır

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla gözlənilən görüşü ilə əlaqədar avqustun 15-də Alyaskada yerləşən Ankoric şəhəri üzərində hava məkanının bağlanması planlaşdırılır.

Bu barədə ABŞ-nin Federal Aviasiya Administrasiyası məlumat yayıb. 

“Amerika hakimiyyəti bu ştatın ən böyük şəhərinin səmasını 30 mil (48,3 kilometr) radiusda və 18 min fut (təxminən 5,5 min metr) hündürlükdə bağlayacaq”, - bildirilir.

Qeyd olunur ki, məhdudiyyətlər bir gün qüvvədə olacaq.

"Cebheinfo.az" 

Seçilən
24
cebheinfo.az

1Mənbələr