Qubada evdə baş verən yanğın zamanı 1973-cü il təvəllüdlü Telman Mövlud oğlu Əhmədov yanaraq ölüb.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində baş verib.
Belə ki, Telman Əhmədov özünə məxsus yaşayış evində baş vermiş yanğın zamanı aldığı yanıq xəsarətləri nəticəsində mətbəxdə ölüb.