AZ

Sabirabadda "Niva"kanala aşdı: Xəsarət alanlar var

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndi ərazisində qeydə alınıb.

"Niva" markalı avtomobilin sürücüsü kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı kanala aşıb.

Hadisə nəticəsində avtomobildə olan kənd sakinləri - 2000-ci il təvəllüdlü Nemət Mirzəzadə, 1999-cu il təvəllüdlü Ülvi İsmayılzadə və 1995-ci il təvəllüdlü Eyvaz Mirzəzadə yüngül xəsarətlər alıblar.

Onlara Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin tibbi bibi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
avtosfer.az

1Mənbələr