Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
News24.az report-a istinadla xəbər verir ki,, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.
Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.