“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez nişanlandığını açıqlayıb.
Publika.az xəbər verir ki, portuqaliyalı ulduzun sevgilisi əlindəki nişan üzüyü ilə çəkilmiş fotosunu paylaşıb.
Üzük uzunluğu bir santimetrdən çox olan oval kəsimli brilyantla bəzədilib, hər iki tərəfində isə daha kiçik brilyantlar yerləşir. Zərgərlik mütəxəssisi İqnasiо Torres “Okdiario”ya onun qiymətini açıqlayıb: “Corcinanın üzüyü təsir edici görünür, dizayn baxımından eksklüziv deyil. Lakin daşın kəsimi həqiqətən nadir hallarda rast gəlinir. Belələri çox azdır.
Dəyər bir neçə meyarla hesablanır, amma daşın kəsimi, onun eksklüzivliyi və onu tamamlayan brilyantları nəzərə alsaq, bu üzüyün qiyməti təxminən 6 milyon avrodur”.
Bu, 40 yaşlı Kriştiano Ronaldonun həyatındakı ilk evlilik olacaq.