İspaniya Kral Futbol Federasiyası La Liqanın 17-ci turuna aid "Vilyarreal" - "Barselona" matçının ölkə hüdudlarından kənarda keçirilməsinə "yaşıl işıq" yandırıb.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
Rəsmilər FİFA-ya da müvafiq sorğu göndəriblər. Beynəlxalq futbol qurumu etiraz etməsə, "Villarreal" - "Barselona" matçı 20 dekabr 2025-ci ildə Mayamidə - "Hard Rock Stadium"da keçiriləcək. Beləliklə, kataloniyalılar "İnter Mayami"də çıxış edən sabiq ulduzu Lionel Messini ziyarət etmiş olacaq.
Bu, ilk belə hal ola bilər ki, Avropanın "böyük beşlik" liqasının oyunu ABŞ-da baş tutacaq.
Mirağa