AZ

Siklon səbəbindən Havana işıqsız qalıb

Kuba paytaxtının demək olar ki, bütün rayonlarında elektrik kəsilib...

Poliqon xəbər verir ki, avqustun 11-i axşam saatlarında Kubanın paytaxtı Havana demək olar ki, tamamilə elektrik enerjisiz qalıb. Buna bölgədən keçən güclü siklon səbəb olub.

Kuba Milli Elektroenergetika Şirkəti Havananın demək olar ki, bütün rayonlarında qəza xarakterli elektrik kəsintilərinin baş verdiyini açıqlayıb. Gün ərzində şəhərdə ildırım və gurultu ilə müşayiət olunan güclü yağışlar bir neçə saat davam edib. Yağışlı hava şəraiti bütün həftəsonu paytaxtda hökm sürüb.

Kuba meteoroloqları Şimal Atlantik regionunda qasırğa mövsümünün vaxtından əvvəl başlaya biləcəyi barədə əvvəlcədən xəbərdarlıq etmişdilər. Adətən bu təbii fəlakətlər payız aylarında Karib hövzəsi ölkələrinə, xüsusən də Kubaya ciddi ziyan vurur.

Qeyd edək ki, avqustun əvvəlində Rusiyanın Tuapsinski rayonunda baş verən siklonun fəsadlarının aradan qaldırılmasında təxminən minə yaxın mütəxəssis iştirak edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, daşqın nəticəsində su altında qalmış ərazilərdən 600 tonadək tullantı çıxarılıb, hazırda isə sosial obyektlər və fərdi yaşayış evləri hələ də təmizlənməkdədir.

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr