AZ

NYT: Tramp Zelenskinin ərazi güzəştlərindən imtina bəyanatına məhəl qoymur...

ABŞ prezidenti Rusiya ilə sülh danışıqlarında “ərazi mübadiləsi” planında israrlıdır...

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin sülh danışıqları çərçivəsində ərazi güzəştlərinə getməmək mövqeyinə məhəl qoymayıb.

Poliqon xəbər verir ki, bu barədə “The New York Times” yazıb. Nəşrin məlumatına görə, Tramp yenidən “ərazi mübadiləsi” adlandırdığı variant üzrə danışıqlar aparmaq niyyətində olduğunu bildirib və Zelenskinin bəyanatlarını nəzərə almayıb.

Xatırladaq ki, Tramp Alyaskaya gedərək Rusiya prezidenti Vladimir Putinin “ağlında nə olduğunu” öyrənmək istədiyini deyibi. 15 avqustda Alyaskada keçiriləcək Putin-Tramp görüşünün əsas mövzusu Ukraynada sülh olacaq. Müzakirə edilə biləcək təkliflər arasında ərazilərin dəyişdirilməsi və Kiyevin NATO-ya üzvlükdən imtinası da var.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə qarşıdakı Putin-Tramp görüşünün iki ölkə arasında münasibətlərin normallaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib. Analitiklər hesab edirlər ki, bu sammit Ukrayna münaqişəsinin həlli istiqamətində dönüş nöqtəsi ola bilər, lakin “ərazi mübadiləsi” məsələsi həm Kiyevdə, həm də beynəlxalq ictimaiyyətdə ciddi mübahisələrə səbəb olacaq.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr