AZ

Sabirabadda avtomobil kanala aşıb, xəsarət alanlar var

Sabirabad, 12 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunda minik avtomobilinin kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Sabirabad rayonunun Moranlı kəndi ərazisində qeydə alınıb. “Niva” markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb. Hadisə zamanı İsmayılzadə Ülvü Abuzər oğlu, Mirzəzadə Eyvaz Aslan oğlu və Mirzəzadə Nemət Sərdar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və təcili təxirə salınmaz tibbi yardım göstərilərək həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
3
azertag.az

4Mənbələr