Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Argentinanın dövlət sektorunda çalışan işçilər ittifaqı İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəyə planlaşdırılan səfəri zamanı onun həbs olunması üçün məhkəməyə müraciət edib.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumat Buenos-Ayresdə fəaliyyət göstərən Dövlət Sektor İşçiləri Assosiasiyasının (ATE) saytında dərc olunub.
“ATE insan hüquqlarını müdafiə edən HIJOS təşkilatı ilə birlikdə federal məhkəməyə müraciət edərək, Fələstin xalqına qarşı törədilmiş hərbi cinayətlər, soyqırımı və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyan İsrailin Baş naziri Benyamin Netanyahunun dərhal həbs olunması üçün order verilməsini tələb edib. Bu tələb Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən çıxarılan orderlərə əsaslanır,” – deyə bəyanatda bildirilir.
Argentina Prezident Administrasiyasının məlumatına görə, hökumət yaxın aylarda Netanyahunun ölkəyə səfər edəcəyini gözləyir. İttifaq KİV-ə istinadən bildirib ki, səfər 7–10 sentyabr tarixlərində planlaşdırılır.
Xatırladaq ki, ötən ilin noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalant barəsində Fələstin ərazisində törədilmiş ehtimal edilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs orderi vermişdi. Argentina Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmiş ölkələrdəndir.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.