Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-nin "Paramount Skydance" media holdinqi ölkədə qarışıq döyüş növləri (MMA) üzrə "Ultimate Fighting Championship" (UFC) turnirinin döyüşlərini göstərmək üçün "TKO Group"dan 7.7 milyard dollara eksklüziv hüquqlar əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətlərin birgə bəyanatında deyilir.
Müqavilə gələn ildən başlayaraq yeddi il müddətinə nəzərdə tutulub. Döyüşlər "Paramount+" yayım platforması tərəfindən yayımlanacaq.
"Paramount," həmçinin yaxın illərdə UFC döyüşlərinin beynəlxalq yayım hüquqlarını da əldə etmək istədiyini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.