AZ

Cənubi Koreya və ABŞ liderləri avqustun 25-də Vaşinqtonda görüşəcək

Cənubi Koreya prezidenti Li Joy Myung və ABŞ prezidenti Donald Tramp avqustun 25-də Vaşinqtonda görüşəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Renhap məlumat yayıb.

Cənubi Koreya prezidentinin sözçüsü Kanq Yoo-junq bildirib ki, iki lider Cənubi Koreya-ABŞ alyansının beynəlxalq təhlükəsizlik və iqtisadi mühitdəki dəyişikliklərə cavab verən gələcəyə yönəlmiş hərtərəfli strateji müttəfiqliyə çevrilməsi yollarını müzakirə etməyi planlaşdırır. 

İki liderin Cənubi Koreya ilə ABŞ arasında əvvəllər bağlanmış ticarət sazişi əsasında yarımkeçirici, akkumulyator və gəmiqayırma sektorlarında əməkdaşlığı da müzakirə edəcəyi gözlənilir.

 

Cənubi Koreya liderinin sözçüsü bildirib ki, Li Jae-myung avqustun 24-də üç günlük səfər üçün Vaşinqtona gedəcək. Bu, onun vəzifəyə gəldikdən sonra ABŞ-a ilk səfəri olacaq.

Seçilən
65
34
ucnoqta.az

10Mənbələr