AZ

Robot tozsoran qadını vanna otağına kilidlədi

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyada robot-tozsoran qadını təsadüfən vanna otağına kilidləyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə REN TV-yə "SpasRezerv" axtarış-xilasetmə dəstəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, iş zamanı tozsoran dəhlizdəki stula dəyib. Stul aşaraq hamam otağının girişini bağlayıb. Nəticədə qadın içəridə qapalı qalıb. Evdə isə qadından başqa heç kim olmayıb.

Qadın qapının niyə açılmadığını başa düşə bilməyib və təşviş keçirib, səhhəti qəfil pisləşib. Bundan sonra o, xilasediciləri çağırıb. Xilasedilcilər havalandırma üçün açıq qalan pəncərədən içəri daxil olublar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
oxu.az

1Mənbələr