AZ

Kamçatkada 5,2 və 5,5 maqnitudalı zəlzələlər baş verib

Rusiyanın Kamçatka vilayətində 5,2 və 5,5 maqnitudalı zəlzələlər baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Seysmoloqların fikrincə, ilk zəlzələnin ocağı 11,7 km dərinlikdə, Petropavlovsk-Kamçatskidən 225 km aralıda baş verib.

İkinci zəlzələnin ocağı isə 8,5 km dərinlikdə, Kamçatka şəhərindən 220 km aralıda baş verib. Hələlik zəlzələlərin hiss olunma qabiliyyəti barədə məlumat yoxdur.

Seçilən
12
2
operativmedia.az

3Mənbələr