AZ

İtaliyada istehlak qiymətləri artıb

Bakı. Trend:

İyul ayında İtaliyada inflyasiya göstəricisi əvvəlki aya görədəyişməyərək 1,7 faiz təşkil edib.

Trend xəbər verir ki, bubarədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumatyayıb.

Bildirilir ki, ötən ay istehlak qiymətləri indeksi iyunlamüqayisədə 0,4 faiz artıb. Ərzaq və alkoqolsuz içkilərin qiymətləriillik müqayisədə 3,9 faiz, emal olunmamış qidaların qiymətləri isə5,1 faiz artıb. Enerji qiymətlərində və xidmətlər sektorunda daqiymət artımı müşahidə olunub.

“Codacons” Assosiasiyasının məlumatına görə, yay tətili iləəlaqədar turizmlə bağlı qiymətlər artıb. Ölkədaxili aviareyslərinqiymətləri 35,9 faiz, Avropa uçuşları 5,5 faiz, bərə tarifləri isə10,9 faiz artıb. Çimərlik kurortları və hovuzlarda 3,4 faiz,muzeylər və tarixi abidələr üzrə isə 4 faiz qiymət artımı qeydəalınıb.

İstehlakçı hüquqlarının qorunması üzrə təşkilat olan“Assoutenti” qiymət artımı fonunda italiyalıların eyni istehlaklaqida məhsulları və içkilərində illik 6,4 milyard avro əlavə xərcləüzləşdiklərini açıqlayıb.

Seçilən
33
az.trend.az

1Mənbələr