AZ

Komandası kubok qazandı, özü bardakı azarkeşlərin hesabını ödədi

“Kristal Pelas”ın qapıçısı Din Henderson ötən gün İngiltərə Superkubokunu qazandıqdan sonra azarkeşləri içkiyə dəvət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qarşılaşmadan sonra bir neçə “Kristal Pelas” azarkeşi sosial şəbəkələrdə Din Hendersonun barda içdikləri 1000 funt-sterlinq dəyərində (2300 manat) içkinin pulunu ödədiyini bildiriblər:

“Din Henderson indicə “The Alsopp Arms”a daxil oldu və hamımızın içməsi üçün barda 1000 funt-sterlinq qoydu. Əfsanə! Təşəkkür edirik”.

Ötən gecə “Kristal Pelas” penaltilər seriyasında “Liverpul”u məğlub edərək (2-2, penaltilərdə 3-2) kuboka sahib çıxıb.

Seçilən
23
sportinfo.az

1Mənbələr