ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşü ilə əlaqədar avqustun 15-də Alyaskada yerləşən Ankoric şəhəri üzərində hava məkanı bağlanacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
“Amerika hakimiyyəti bu ştatın ən böyük şəhəri üzərində səmanı 30 mil (48,3 kilometr) radiusda və 18 min fut (təxminən 5,5 min metr) hündürlükdə bağlayacaq”, - materialda deyilir. Dominos pizza
Məhdudiyyətlər bir gün qüvvədə olacaq./Report
Telegram kanalımız