AZ

“Sabah” - “Levski” oyununa 5000 bilet satılıb

Futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah” – “Levski” oyununa satılmış biletlərin sayı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

“Bayquşlar”ın yaydığı məlumata görə, qarşılaşmaya 5000 bilet satılıb. Oyun gününə qədər bu göstəricinin daha da artması gözlənilir.

Xatırladaq ki, Azərbaycan və Bolqarıstan klubları arasındakı cavab görüşü avqustun 14-də Masazırda keçiriləcək. “Masazır Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək. Komandalar arasında Bolqarıstanda keçirilmiş ilk matçda meydan sahibləri “Sabah” üzərində 1:0 hesablı qələbəyə seviniblər.

Seçilən
111
50
arena.az

10Mənbələr