Çimərlik futbolu üzrə Azərbaycanın millisinin Avropa Superfinalının B divizionundakı rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan yığmamızın rəqibləri Litva və Belçika olacaq.
Turnirin B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri mübarizə aparacaqlar. Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Finalçılar isə A divizionunda oynamaq hüququ əldə edəcəklər.
Qeyd edək ki, Avropa Superfinalı 7-14-də sentyabrda İtaliyada keçiriləcək.
“Neftçi” Şeydayevdən qurtulmaq üzrədir: RƏSMİ TƏKLİF GÖZLƏNİLİR
“Karvan”dan növbəti transfer - RƏSMİ
“Zirə” - “Araz-Naxçıvan” matçının vaxtı dəyişdirilib
Rəşad Əzizli yenidən “Səbail”də - RƏSMİ
"Zirə"nin futbolçusu zədələnib - 6-7 ay oynaya bilməyəcək