Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev uzun illərmüxtəlif vəzifələrdə çalışmış, təqaüddə olan və 75 yaşını qeyd edənSürəyya Əmirova ilə görüşüb.
İcra başçısı yubilyarı təbrik edib, xoş arzularını çatdırıb.Həmçinin, Sürəyya Abbasqulu qızı Əmirovanı rayonun ictimai-siyasihəyatında səmərəli fəaliyyəti və 75 illik yubileyi münasibətiləFəxri Fərmanla təltif edib, xatirə hədiyyəsi iləmükafatlandırıb.
Sürəyya Əmirova səmimi təbriklərə görə rayon rəhbərinətəşəkkürünü bildirib.