UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" matçından öncə qonaqların baş məşqçisi Jeton Beqirinin mətbuat konfransı keçirilib.
- "Qarabağ"ı məğlub etmək yolunda əsas fakt nə olacaq?
- Sabahkı oyun çox çətin olacaq. "Qarabağ" çox güclü, təcrübəli komandadır. Sabah maksimumu edəcəyik. Qol vurmağa çalışacağıq. Birinci oyunu uduzmuşuq. İtirəcəyimiz bir şey yoxdur.
- İlk oyunda "Qarabağ"a uduzdunuz. Amma hesab 4:0, 5:0 da ola bilərdi. Hansı hissələrdə, epizodlarda səhvlərə yol verdiniz ki, belə çıxış etdiniz? "Qarabağ"la oyuna taktikanı düzgün seçməmişdiniz?
- Razıyam. İlk oyunda problemlərimiz var idi. Xüsusilə də fiziki problem. Birinci qolda da istəmədən səhv etdik, penalti oldu. Bizim də imkanlarımız oldu.
"Qarabağ" və "Şkendiya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
"Qarabağ" - "Şkendiya" matçına satılan biletlərin sayı açıqlanıb
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
Valdas Dambrauskas: “Ümid edirəm ki, revanş ala biləcəyik”