AZ

Lavrov erməni həmkarı ilə müzakirə APARDI

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

"Unikal” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Rusiya XİN-in məlumatına görə, Lavrov Ermənistan XİN rəhbəri ilə telefonda Paşinyanın Tramp və Əliyevlə təmaslarının detallarını müzakirə edib.

Söhbət zamanı Lavrov İrəvan və Bakı arasında üçtərəfli razılaşmalara uyğun olaraq davamlı sülhün vacibliyini vurğulayıb.

XİN-in bəyanatında deyilir ki, Moskva bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşmasına kömək etməyə hazırdır.

Seçilən
71
30
unikal.az

10Mənbələr