AZ

Almaniyalı hücumçu ilə müqavilə imzalandı - RƏSMİ

"Karvan" heyətini almaniyalı hücumçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Coy Slayd Mikelslə 1 illik müqavilə imzalanıb.

31 yaşlı forvard son olaraq Almaniyada - “SF Uevekoven”də çıxış edib.

"Karvan" bunadək Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu “Sportinq Lagos”, Nigeriya), Olavale Doen ("Plato Yunayted", Nigeriya), Elvin Yunuszadə ("Qəbələ"), Vadim Abdullayev (son klubu "Araz-Naxçıvan"), Samuel Durrant (son klubu “Connahs Quay”, Uels), Vüsal Məsimov ("Şamaxı"), Moise Ngwisani (son klubu “Wiltz71”, Lüksemburq), Shaquill Sno (son klubu “Gzira”, Malta), Uğur Cahangirov (son klubu "Sumqayıt"), Vitor Rocha (son klubu “Sanjoanense”, Portuqaliya) və Səid İranxanı ("Paykan", İran) sıralarına qatıb.

Seçilən
98
14
sportinfo.az

10Mənbələr