Minsk Qrupunun buraxılması tələbi ATƏT-ə üzv dövlətlərə göndərilib.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Daha əvvəl elan edilmiş razılaşmaya uyğun olaraq, bu gün ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların ləğvi ilə bağlı birgə ərizə və təklif olunan müvafiq qərar layihəsi ATƏT-in iştirakçısı olan dövlətlərə göndərilib".
Bundan əvvəl ATƏT-in baş katibi Feridun Sinirlioğlu bəyan etmişdi ki, təşkilat avqustun 8-də Vaşinqtonda imzalanmış Ermənistan, ABŞ və Azərbaycan üçtərəfli bəyannaməsinin müddəalarını həyata keçirməyə hazırdır.