AZ

Qurban Qurbanov: “Bir oyunçu götürüb, dayanmaq fikrimiz yoxdur”

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurban Çempionlar Liqasının III təsnifat mərhələsində sabah “Şkendiya”ya (Şimali Makedoniya) qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– İnanıram ki, yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk oyunun təəssüratlarına görə, qalib gəlməyə layiqdir. Bir az üstünlüyümüz var, hesabda irəlidəyik. Üstəlik, azarkeşlərimiz önündə oynayacağıq. Ciddi 90 dəqiqə keçirməliyik.

– “Şkendiya” haqda fikirləriniz nədir?

– Əvvəl də fikirlərimi bildirmişdim ki, “Şkendiya” güclü FCSB-nı mübarizədən kənarlaşdırıb. Öz oyunu, döyüşkənliyi hesabına bunu bacarıb. Təəssüratlarım eynidir. Sabah intizamlı komanda olmalı, bərk durmağı bacarmalıyıq.

– Kadi Borgesin ilk matçdakı intizamsız oyununun, qeyri-peşəkar davranışlarının səbəbi nədir? İstəkli olması idi, yoxsa həmin oyunda təzyiqdən əmələ gələn bir şey idi?

– Kadiyə qarşı bəlkə də, ağır sözlər işlətdiniz. O, intizamsız deyil. Futbolçuların hamısı son oyunlarda, məşqlərdə çox istəklidirlər. Bəlkə, Kadidən gözlənilməz top itkiləri oldu və bu, diqqəti çəkdi. Amma rəqibin təzyiqini də nəzərə almaq lazımdır. İstənilən oyuna baxsaq, top itkiləri artıb. Futbol artıq dəyişir, fərdi mübarizələr daha yüksək səviyyəyə çatır. İlk oyunda Kadiyə verilən tapşırıq var idi və toplu, topsuz yaxşı icra etdi. Texniki səhvlər qaçılmazdır. Bunlar həmişə olacaq. Kadinin daha yaxşı oynamaq potensialı var və bunun şahidi olacağıq.

– Addai haqda fikirlər var ki, rejimi yaxşı deyil, yeməyinə fikir vermir…

– İstənilən futbolçunun hansısa çatışmayan cəhətləri var. Bu, daha çox özlərindən asılı olmayan şeylərdir. Addainin gəldiyi vaxtla indikini fikirləşsəq, çox fərq var. Tək oyununda deyil, işə yanaşmasında, istəklərimizi yerinə yetirməsində dəyişiklik var. İnsan orqanizmi fərqlidir. İspan mətbəxindən Azərbaycan mətbəxinə düşüb. Həmişə demişəm, Azərbaycan mətbəxindən dünyada hardasa yoxdur. O da gəlib belə yeməkləri görüb və yeməyə daha həvəsli olub. Bunlar həll olunacaq problemlərdir. Bəzən onu yeməyi ilə bağlı kiçik cərimələr etmişəm. Belə deyək, bizim gözümüz onların nə yediyində deyil. Yaxşı rejimdə olanda belə hansısa bir gün çox yemək istəyirsən. Hər bir halda, Addaidə dəyişiklik çoxdur və yaxşılığa doğru gedir.

– Adını “Spartak”la hallanırdı… Təklif var?

– Xeyr, yoxdur.

– “Şkendiya” ilə ilk oyunda komandada nələr xoşunuza gəlmədi?

– Daha səliqəli oynamağımız yaxşı olardı. Bəsit itkilər idi. Bəzən elə oyunçular top itkiləri edir ki, bunu nadir hallarda edirlər. Bunlar başadüşüləndir. Bunu azaltmaq üzərində çalışırıq.

– İlk oyunda yaxşı çıxış edən Koxalski sabah yenə qapıda olacaq?

– Oynamaq ehtimalı çoxdur. Bəzən gözlənilmədən dəyişiklik edə bilirik.

– Braziliyalı Andre Kolivisin transferi nə yerdədir?

– Çox futbolçu var ki, transfer siyahımızdadır. Klovis də onlar arasındadır. Danışıqlar apardığımız oyunçular var. Ancaq bu o demək deyil ki, Klovis sabah bura gəlir.

– Pley-offda rəqibinizin “Ludoqorets” olmağını istəyirsiniz? Çünki ötən ildən bu yana heyətləri çox dəyişməyib.

– Qalib gəlsək də, uduzsaq da, bu rəqiblərdən biri ilə düşəcəyik. Hansı mərhələdə hansını istəyərik demək düz çıxmaz. Bütün diqqətimiz sabahkı oyundadır. Rəqiblər hər iki tanışdır.

– Joni Montielin durumu necədir?

– Hazırlıq durumu yaxşı deyil. Bir az vaxt lazımdır. Universal oyunçudur. Özünün doğma mövqeyi ya 10 nömrə, ya 6, 8 olub. Sağda oynamaq potensialı, bacarığı da var. Sadəcə vaxt lazım olacaq. Bəzən rotasiyalar çox edir, oyunçuların yerini dəyişirəm. Montielin də bizə uyğunlaşması üçün vaxt lazım olacaq.

– Pley-off mərhələsinə qədər hücumçu transferini həll edəcəksiniz?

– İnanın, bu haqda çox sual verilir, çox danışırıq. Transfer elə bir şeydir ki, bazarda satılmır ki, gedib pulu verib götürəsən. Yaxşı oyunçu gətirməyin üstün tərəfləri var. Həm də bizə zərbə vuran tərəfi var – gəlir, 3-5 oyun yaxşı oynayır, təkliflər gəlir və oyunçunu itiririk. Çünki biz ona yox cavabı verəndə artıq motivasiyası da düşür, problemlərimiz yaranır. Belə çox oyunçularımız olub. Alıb-satdığımız oyunçularımız az deyil. Vadjini, Mahiri, Juninyonu satmışıq. Yaxşı oynayıb, təkliflər alırlar. Hər zaman oyunçu axtarışında oluruq. Bir oyunçu götürüb, dayanmaq fikrimiz yoxdur. Elə addım atmalıyıq ki, faydalı iş əmsalımız olsun. Məni də başa düşün, bilirəm, hamı hücumçu istəyir, hamı gözləyir. İllərdir, bunun müzakirəsi gedir. Komandamda hücumçu olsa da, hücumçu istəyirlər. Biz də axtarışlardayıq. Son vaxtlar Klovis haqda çox məlumatlar gedir. Bəzən bizdən asılı olmayan şeylər baş verir. Biz bir oyunçunu yox, kollektivi düşünürük. Kənardan proseslər rahat görünə bilər, amma işin içində detallar var. Bizim işimiz bizi izləyənləri sevindirməkdir. Vacib məqam stabillikdir. Uzun illərdir, liderlər sırasındayıq. Bəzən baxırsan ki, bir komanda bu gün çempion olur, gələn il 15-ci. 14-cü. Böyük komandaların problemləri öndə olur və həll etməsi də asan deyil. Minimum əlimizdən olanı qorumalıyıq ki, oyun üslubumuz pozulmasın. Bununla yanaşı, həmişə də yaradıcı oyunçular axtarışında olmuşuq. Futbolçulara da demişəm, təzyiqlər olacaq və normaldır. Daha yaxşı olmaq üçün çalışmalıyıq. Juninyo gəldi, yaxşı oynadı, sonra İspaniyadan, Braziliyadan təklif gəldi, artıq itirdik. Deyirdik ki, bunu elə, amma alınmırdı. İstəyirdi, ancaq diqqəti artıq transfer məsələsinə yönəldi. Azarkeşlərə də bildirmək istəyirəm ki, tələsməsinlər, səbirli olsunlar. Axtarışdayıq, bundan sonra 1-2 oyunçu götürsək də, yenə çalışacağıq.

– Muarem Muaremlə Skopyedə görüşüb, onunla kiçik zarafat etdiz…

– Bəli, mən də sonradan gördüm video çıxıb. Kökəlmişdi bir az (gülür). Muaremin hər zaman qəlbimizdə böyük yeri var. Eləcə də burda oynayan digər oyunçuların. Sizin kollektiv daxilində olan bilmədiyiniz çox şeylər var. Bizim necə hazırlaşdıqlarımızı bilmirsiniz. Onların yeri həmişə qəlbimdə yeri böyükdür. Muaremə dedim ki, kökəlmisən, bir az fit olmalısan. Dedi yaxşı.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
50
futbolpress.az

10Mənbələr