AZ

Bakıda bu yol 10 gün tam bağlı olacaq

Sabah saat 08:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, "Bağırov” körpüsünün üzərindəki geriyə dönmədə ("Koroğlu” metro stansiyasından şəhərə və əks istiqamətlərdə) "Azərbaycan Dəmir Yolları” QSC-nin aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Seçilən
3
50
ulusum.az

10Mənbələr