AZ

“ABŞ də imzalanan sənədlər ölkəmizə qarşı birləşənlərin iflası oldu” Deputat

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində prezident Donald Trampla keçirdiyi çox səmimi görüş, imzalanmış sənədlər və hətta “Ağ Ev”in açarının təqdim edilməsi yaratdığımız yeni reallığın dünya tərəfindən qəbul olunduğunu bir daha təsdiq etdi”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, çox təəssüf ki, Bayden-Blinken administrasiyası, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və s. torpaqlarımızı işğaldan azad etməyimizi və ərazilərimizdə suverenliyi bərpa etməklə yaratdığımız yeni reallığı qəbul etmək istəməyərək ölkəmizə qarşı qərəzli siyasət yürütdü: “Belə ki, Ukraynanın ərazilərini işğal etdiyinə görə birləşərək Rusiyaya qarşı müharibəyə qoşulan Qərb, Azərbaycanın özünün suveren ərazilərini işğaldan azad etdiyinə görə ədalətsizcəsinə ittiham etməyə başladı. Ona görə də ölkəmizə qarşı ardı-arası kəsilmədən qətnamələr qəbul edərək təzyiq göstərib güzəştlərə məcbur etmək siyasətini yürütdülər. Vaşinqtonda imzalanmış sənədlər və Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qalxması ölkəmizə qarşı birləşənlərin siyasətinin iflası oldu. Onlar bir daha əmin oldular ki, Azərbaycanla diktə və təzyiq dilində danışmaq olmaz”.

Deputat qeyd edib ki, Vaşinqtonda ABŞ-nin iştirakı ilə Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə razılıq əldə olundu və bu razılıq regionumuza sülh, təhlükəsizlik və firavanlıq gətirəcək:“Əvvəllər Azərbaycanı ittiham edərək güzəştlərə məcbur etməyə çalışanlar, Vaşinqtonda sənədlərin imzalanmasından sonra növbəyə dayanıb əldə olunmuş razılaşmaları dəstəkləməyə və təbriklərini səsləndirməyə başladılar. Bu həm də Prezident İlham Əliyevin diplomatiyasının təntənəsidir. Azərbaycan yürütdüyü siyasətdə həmişə beynəlxalq hüququ ali tutur və ona görə də diplomatik müstəvidə də bizi həmişə qələbəyə aparır”.Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
37
demokrat.az

10Mənbələr