AZ

Hansı qadınlarda insult riski daha yüksəkdir?

Hansı

Harvard İctimai Sağlamlıq Məktəbi və Britaniya Kolumbiyası Universitetinin alimləri müəyyən ediblər ki, təqiblə (stalkinq) üzləşən və ya yaxınlaşma yasağı barədə məhkəmə qərarı çıxartdıran qadınlar sonrakı illərdə daha tez-tez ürək-damar xəstəliklərindən əziyyət çəkirlər. Araşdırma Circulation jurnalında dərc olunub.Tədqiqatda 2001-ci ildə ürək-damar xəstəlikləri olmayan, orta yaşları təxminən 46 olan 66 mindən çox qadın iştirak edib. 20 illik müşahidə dövründə onların təxminən 12%-i təqib hallarını, təxminən 6%-i isə yaxınlaşma qadağası ilə bağlı məhkəmə qərarı çıxartdırdıqlarını bildirib.Təhlil göstərib ki, təqibə məruz qalan qadınlarda infarkt və ya insult riski bu hallarla üzləşməyən qadınlara nisbətən 41% daha yüksək olub. Yaxınlaşma yasağı üçün məhkəmə qərarı çıxartdıranlarda isə bu risk 70% artıb. Bu göstəricilər həyat tərzi, xroniki xəstəliklər, uşaqlıqda yaşanan zorakılıq və depressiya simptomları kimi digər amillər nəzərə alındıqdan sonra da aktual qalıb.Müəlliflər bildirirlər ki, daim təhlükə hissi ilə bağlı stress sinir sisteminə, damarların işinə və digər bioloji proseslərə mənfi təsir göstərə bilər. Üstəlik, təqib çox vaxt kifayət qədər qiymətləndirilmir, çünki həmişə fiziki zorakılıqla əlaqəli olmur, lakin sağlamlığa ciddi zərər vura bilir.Ulusum.az

Diqqət Çəkənlər

Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO

Rusiya ordusunun itkiləri artır

Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO

Seçilən
54
47
ulusum.az

10Mənbələr