AZ

Yeni Cənubi Muğan suvarma sistemi 95 mln. manata yenidən qurulacaq

Yeni Cənubi Muğan suvarma sisteminin yenidən qurulması üzrə I mərhələyə başlanılıb.

“Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi Yeni Cənubi Muğan kanalının Maşın qolunun nasos stansiyası ilə birlikdə yenidən qurulması ilə bağlı tender elan edib.

Elana əsasən, görüləcək işlərin ehtimal olunan dəyəri 95 milyon 595 min 782 manatdır. Tenderdə iştirak haqqı 10 min manatdır. Təkliflərin son qəbul edilmə və zərflərin açılma tarixi 26 sentyabr 2025-ci ildir.

MənbəAPA
Seçilən
3
11
banker.az

6Mənbələr