AZ

"Bavariya"dan Səudiyyə Ərəbistanı klubuna

style='margin-bottom:10px;'>

"Bavariya" fransalı vinger Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Münhen təmsilçisi oyunçunu "Əl-Nəsr"ə satmağa razılaşıb. 

Transfer məbləği 30 milyon civarında olacaq. Fransız futbolçu bu həftə tibbi müayinədən keçəcək və 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Koman 2017-ci ilin yayından Almaniya klubunda oynayırdı.

Seçilən
39
20
teleqraf.com

10Mənbələr