AZ

Makron Netanyahunun Qəzza ilə bağlı planını tənqid edib

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron İsrailin Qəzza zolağında hərbi əməliyyatları gücləndirməklə bağlı planlarını tənqid edib və bunu baş vermək üzrə olan fəlakət adlandırıb.

Bu barədə “Report” “Times of Israel”ə istinadən məlumat verir.

"İsrail Nazirlər Kabinetinin Qəzza şəhəri və Məvasi bölgəsindəki düşərgələrdə əməliyyatları genişləndirməklə bağlı bəyanatı miqyasına görə misli görünməmiş fəlakətdən xəbər verir", - Makron bildirib.

Onun sözlərinə görə, Qəzza zolağında müharibə dərhal və daimi atəşkəs təmin olunmaqla bitməlidir.

Fransa Prezidenti Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi üçün BMT mandatı altında beynəlxalq koalisiyanın yaradılmasını təklif edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
32
azpolitika.info

10Mənbələr