AZ

Bu il payız tez başlayacaq?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin axşam yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Yağışların başlaması payızın tez gələcəyindən xəbər verir? 

Meteoroloq Cavidan Əliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yağışlı hava payızın tez gələcəyinə əsas vermir: 

“Havanın yağışlı keçməsi şimal-qərbdən gələn atmosfer cəbhələri ilə bağlıdır. Avqust ayında bizdə belə proseslər müşahidə olunur. Avqustun ikinci yarısında cənubdan isti hava kütlələrinin yenidən daxil olacağı gözlənilir. Bu səbəbdən payızın tez gələcəyini demək olmaz”. 

Gülər 

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
50
cebheinfo.az

10Mənbələr