AZ

Kinqsli Koman addım-addım "Əl-Nəsr"ə

"Bavariya"nın hücumçusu Kinqsli Koman yaxın zamanda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçidi rəsmiləşə bilər.

90deqiqe.Az-ın məlumatına görə, transfer razılaşdırılıb və təsdiqlənib. 29 yaşlı futbolçu "Əl-Nəsr" ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq və ildə 22 milyon avro maaş alacaq. Səudiyyə klubu fransalı oyunçu üçün isə Münhen klubuna 36 milyon avro ödəyəcək.

Koman "Bavariya"da 2017-ci ildən bəri çıxış edir. Alman klubunda keçirdiyi müddət ərzində 339 oyunda iştirak edib, 72 qol vurub və 71 nəticəli ötürmə verib.

Hazırda, Transfermarkt-a əsasən, Komanın bazar qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
13
90deqiqe.az

1Mənbələr