AZ

Aysel keçmiş ərini həbs etdirmək istəyir

Bloqer Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasındakı qalmaqal bitmir.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Aysel bu dəfə keçmiş ərini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bloqer iddia ərizəsində bildirib ki, Oqtay sosial şəbəkələrdə onu təhqir edir, barəsində böhtan xarakterli ifadələr işlədir və narkotik istifadə etməsi barədə yalan məlumat yayır. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də uşaqlarına aliment ödəməkdən yayınır.

Qadın bu səbəblərə əsaslanaraq Oqtay Əhmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini və həbslə cəzalandırılmasını tələb edib.

Qarşı tərəf isə iddiaların əsassız olduğunu deyib, şikayətin rəddini istəyib.

Seçilən
92
23
publika.az

10Mənbələr