sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Liverpul"un müdafiəçisi Virgil van Dejk İngiltərə Superkubokunda "Kristal Pelas"a məğlubiyyətdən sonra (2:2, penaltilərdə 2:3) hücum xəttinin güclənməsinə ehtiyac duyulduğunu bildirib. Təcrübəli müdafiəçi bu barədə "talk Sport"a açıqlamasında bildirib:
"Biz Nunesi itirdik - o, Səudiyyə Ərəbistanına getdi və biz Diası itirdik, o, "Bavariya"ya üz tutdu. Düşünürəm ki, hücum xəttini gücləndirməliyik. Yay "transfer pəncəri"sində maksimum yararlanmaq lazımdır".
Qeyd edək ki, "Liverpul" "Nyukasl"ın hücumçusu Alexander İsaka "elçi" düşüb. Ancaq 2sağsağanlar" hələ ki, forvardı buraxmaq istəmir. "Nyukasl" hətta "qırmızılar"ın isveçli forvard üçün 110 milyon funt-sterlinqlik təklifini geri çevirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.