AZ

Müsavat Partiyası Vaşinqton razılaşmasını ciddi hadisə kimi qiymətləndirib

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Müsavat Partiyasının Divanı Azərbaycan, ABŞ və Ermənistan dövlət başçıları arasında avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərin nəticələrini müzakirə edib.

"Sherg.az"a xəbər verir ki, Müsavat Partiyası Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, Zəngəzur koridoru ilə bağlı həll yolu tapılması, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi barədə birgə çağırış və bir sıra digər önəmli razılaşmaları iki ölkə arasında normallaşma prosesinin dərinləşməsi və Rusiyanın Cənubi Qafqaz üzərində təsir imkanlarının azalması istiqamətində ciddi bir hadisə kimi qiymətləndirib. 

Qeyd olunub ki, Vaşinqton sammitində qəbul edilən Birgə Bəyannamədə iki ölkə arasında kommunikasiyaların açılması, Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının yaradılması, eyni zamanda Ermənistan üçün beynəlxalq və ölkədaxili bağlantının təmin edilməsi nəzərdə tutulub ki, bu da Azərbaycanın və bütövlükdə regionun inkişafı ücün yeni imkanlar açır: "Bütün bunlar, xüsusən də prosesin ABŞ-nin moderatorluğu və himayəsi altında getməsi Rusiya və İran tərəfindən ölkəmizə qarşı təzyiq və təxribatların artması ehtimalını gücləndirir. Müsavat Partiyası dövlətimizin bu sammitin yaratdığı imkanlardan maksimum yararlanması və gözlənilən təzyiqlər qarşısında cəmiyyətimizin maksimum səfərbər olunması üçün hökuməti siyasi və iqtisadi islahatlara başlamağa çağırır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
sherg.az

1Mənbələr