AZ

Balıkesirdə insanlar gecəni küçədə keçirdilər FOTOLAR

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda dünən qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 16 bina çöküb, 1 nəfər həlak olub.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sındırğı rayonunda zəlzələdən zərər çəkən məhəllələrin sakinləri gecəni açıq havada keçiriblər. Sakinlər təkanların təkrarlanmasından ehtiyat edərək səhərəcən evlərinə keçməyiblər.

Təxminən 130 nəfərin yaşadığı Kızılgür məhəlləsində 49 illik tarixi olan məscidin minarəsi də zəlzələ nəticəsində dağılıb.

Bəzi vətəndaşlar isə Sındırğı Atatürk stadionunda gecələyiblər.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
3
525.az

3Mənbələr