AZ

1 milyon illik alətlər: Hobbitlərin qonşuları ortaya çıxdı

İndoneziyanın Flores adasında yaşayan və tez- tez "Hobbit" adlandırılan qədim insanların əcdadlarıyla bərabər yaşamış, hətta daha qədim dövrdə yaşadığı güman edilən insanlara aid alətlər kəşf edilib.

Kulis.az xəbər verir ki, tapıntılar Vallakiya bölgəsində ən erkən insan fəaliyyətinin sübutu ola bilər. Hobbitlərin əcdadları milyon il öncə nəhəng dəniz maneələrini aşan yeganə insan nəsli olmayıb.

Avstraliyada, Sulavesidə tapılan yeddi yonma daş alətin yaşı 1,04 ilə 1,48 milyon il arasındadır.

Tədqiqat qrupunun həmsədri, arxeoloq Adam Brumm hesab edir ki, daha qədim dövrdə yaşamış erkən homininlərin qayıq qurmaq üçün idrak qabiliyyəti yox idi və ehtimal ki, adaya təsadüfən gəliblər.

2003-cü ildə Flores adasında, təxminən, 1 metr boyunda olan kiçik beyinli "Homo floresiensis" (hobbit) adlı canlının tapılması arxeologiya aləmində böyük səs-küyə səbəb olmuşdu.

Qeyd edək ki, buradan tapılan 1 milyon illik daş alətlərin 700.000 il əvvəl adada yaşayan hobbitlərin əcdadları tərəfindən hazırlanmış ola biləcəyi düşünülür.

Seçilən
11
kulis.az

1Mənbələr