Polşada hökumətin təsirli əks tədbirləri olmadığı üçün əhalinin kütləvi əyyaşlaşması tendensiyası müşahidə olunur...
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu yerli psixoterapevt Hanna Ostroskatya-Biskot deyib. O, vurğulayıb ki, spirtli içkilərin istehlak səviyyəsi durmadan artır.
Mütəxəssis həyəcanverici statistikaya istinad edir: ölkədə alkoqol asılılığı olan təxminən 900 min insan və alkoqoldan sui-istifadə edən 2,5 milyona qədər vətəndaş qeydə alınıb. Adambaşına orta hesabla istehlak ildə 11 litr təmiz spirtə çataraq orta Avropa göstəricilərini üstələyir. Alkoqoldan ölüm nisbətinə görə Polşa Aİ-də ikinci yerdədir.
Kritik amil alkoqolun geniş yayılmasıdır: pərakəndə satış məntəqələrinin sıxlığı 270 sakinə 1, ÜST-ün tövsiyə etdiyi norma isə 1500 nəfərə 1-dir. Gündəlik üç milyon kiçik şüşə araq satılır ki, bu da psixoterapevtin fikrincə, iş yerində kütləvi içkidən xəbər verir.
Ostrovskaya-Biskot alkoqol satışı yaşının 18-dən 21-ə qaldırılmasını və gecə saatlarında satışa ümumi qadağanın tətbiqini təklif edir (hazırda yalnız müəyyən yerlərdə qüvvədədir).
Poliqon.info