Bayrampaşada avtomobilin vurduğu 17 yaşlı skuter sürücüsü Berat Yusuf Aksoy xəstəxanada dünyasını dəyişib.
News365.az -ın məlumatına görə, hadisə Hal-Otogar Bağlantı Yolundan Metris Həbsxanası istiqamətinə gedən avtomobilin yolun qarşısını keçmək istəyən 17 yaşlı skuter sürücüsü Berat Yusuf Aksoya çarpması nəticəsində baş verib. Çarpmanın təsiri ilə Aksoy yola yıxılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra təcili tibbi yardım və polis briqadaları hadisə yerinə çatıb. Ağır xəsarət alan Aksoy ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Lakin bütün müdaxilələrə baxmayaraq o, həyatını itirib.
Avtomobil sürücüsü Y.E.E. polis mərkəzinə aparılaraq barəsində hüquqi tədbirlər görülür. Qəza səbəbindən yol qısa müddətə bağlanıb, avtomobilin yoldan götürülməsindən sonra yol yenidən açılıb.
News365.az