AZ

"Zirə" - "Araz-Naxçıvan" matçının vaxtı dəyişdirildi

“Araz-Naxçıvan” Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Sportal.az xəbər verir ki, müraciətdə bildirilir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” klubu ilə keçiriləcək görüşdən sonra komanda vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq.

Bu səbəbdən “Araz-Naxçıvan” “Zirə” FK ilə Misli Premyer Liqasının 2025/26-cı illər mövsümünün ilk turunun 18 avqust tarixində keçirilməsi planlaşdırılan görüşünün 19 avqust tarixinə keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası “Zirə” – “Araz Naxçıvan” qarşılaşmasının 19 avqust saat 20:00-da Zirə İK stadionunda start götürməsinə qərar verib.

saytlarin hazirlanmasi

Seçilən
34
9
sportal.az

10Mənbələr