AZ

Azərbaycanda bu məhsullar bahalaşdı

Bu ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının qiymətlərində qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, ötən ay iyun ilə müqayisədə çörək 0,1%, ət və ət məhsulları 1,2%, süd və süd məhsulları 0,4%, kərə və bitki yağı 0,6%, qənd 0,7%, çay 0,3% bahalaşıb.

Ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə olunub.

Beləliklə, iyulda bir əvvəlki aya nisbətdə meyvə1,3%, tərəvəz 6,7%, yumurta 1,1% ucuzlaşıb.

Seçilən
49
23
publika.az

10Mənbələr