AZ

"Neftçi" Futbol Akademiyasının yeni rəhbəri müəyyənləşib

Yeni mövsümdə "Neftçi"nin Futbol Akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, mövsümlərarası fasilədə Cemal Bülbüllə yolları ayıran "ağ-qaralar" bu dəfə də türkiyəli mütəxəssislə anlaşıb.

Tolqa Şanbay "ağ-qaralar"ın akademiyasının yeni koordinatoru təyin olunub.

Qeyd edək ki, 45 yaşlı Şanbay karyerası ərzində "Altınordu", "Kayserispor", "BB Erzurumspor" kimi klublarda koordinator kimi çalışıb.

İdman.biz

Seçilən
75
28
idman.biz

10Mənbələr