AZ

Şimal Baltik Səkkizliyi ölkələri Trampın Ukrayna ilə bağlı planını dəstəkləyib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Şimal-Baltik Səkkizliyi (NB8) ölkələri ABŞ prezidentinin Ukraynanın şərqindəki münaqişənin həlli planını dəstəkləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə avqustun 10-da Norveç hökumətinin saytında dərc olunmuş formatın bəyanatında bildirilir.

“Biz prezident Trampın bu müharibəyə son qoymağa və Ukraynanın Avropada təhlükəsizliyini və sabitliyini təmin edəcək ədalətli və davamlı sülhün əsasını qoymağa kömək etmək təşəbbüsünü alqışlayırıq”, - deyə bəyanatda qeyd edilir.

Press-relizdə NB8-in Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə dəstək verməklə yanaşı, Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcəyi də bildirilib. NB8 formatına Danimarka, İslandiya, Latviya, Litva, Norveç, Finlandiya, İsveç və Estoniya daxildir.

Tramp avqustun 8-də Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini gözlədiyini bildirib. Daha sonra bu danışıqların planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər. Uşakov bildirib ki, Kreml Putinlə Trampın növbəti görüşünün Rusiya ərazisində baş tutacağını gözləyir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
50
bizimyol.info

10Mənbələr