AZ

Qusarda qətl: Prokurorluq məlumat yaydı

Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Avqustun 10-u saat 6 radələrində Şirin Ömərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza hut

Araşdırmalarla Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Seçilən
72
28
yenisabah.az

10Mənbələr