AZ

“Intel”in rəhbəri bu gün Trampla görüşəcək

“The Wall Street Journal” öz mənbələrinə istinadən xəbər verir ki, Intel şirkətinin baş direktoru Lip-Bu Tan ABŞ prezidenti Donald Trampla görüşmək üçün bu gün Ağ Evə gələcək.

Xatırladaq ki, Donald Tramp keçən həftənin sonunda cənab Tanı baş direktor vəzifəsindən istefa verməyə çağıraraq və onu “çox mübahisəli fiqur” adlandıraraq “Intel”in səhmlərinin 5% aşağı düşməsinə səbəb olub.

Cənab Tan özü biznes karyerası ilə bağlı yayılan “yanlış məlumatlara” qarşı çıxıb. “Mən tamamilə şəffaf olmaq istəyirəm: 40 ildə çoxdur ki, mən bu sənayedəyəm və bu müddət ərzində bütün dünyada geniş əlaqələr qurmuşam. Mən həmişə ən yüksək hüquqi və etik standartlar çərçivəsində fəaliyyət göstərmişəm”, – Tan söyləyib.

WSJ mənbələri bildirib ki, cənab Tan Donald Trampla şəxsi və peşəkar təcrübələri barədə “dərin söhbət” etməyi planlaşdırır. Mənbələrin dediyinə görə, o, hökumət və “Intel”in necə birlikdə işləyə biləcəyinə dair ssenarilər hazırlamağı da planlaşdırır.

Seçilən
15
banker.az

1Mənbələr